RSM Azerbaijan
Languages

Haqqımızda

Gələcəyə baxış

Müştərilərimizin ehtiyyaclarına uyğun yenilikçi cavablar yaradaraq onları ən doğru mövqeyə yönəltmək.

Missiya

İş gücünü bilik ilə birləşdirən, özünə inamlı, peşə baxımından sahəsində ən yaxşı mütəxəssis və rəhbərlərrfin karyera inkişafını təmin etmək və professionallaşma müddətində quruluşlara ehtiyyac duyduğu təlimlərə dəstək vermək.

Strategiya

  • Fəaliyyətlərimizdə təşkilati bazada ölkə daxili/xarici şirkətlər ilə əməkdaşlıq etmək.
  • İddialı və beynəlxalq rəqabət gücünə sahib olmaq.
  • Daxil olduğumuz hər sektora və sektorun bütün detallarına diqqət yetirmək.
  • Əməkdaşlıq etdiyimiz və təlim keçirdiyimiz sektorlarda şirkətimizin gücünü artırmaq.
  • Rəqabət üstünlüyümüz olan sahələrdəki inkişafımızı davam etdirmək.

Biz kimik

  • Yüzdən çox ölkədə 730 ofisdə xidmət göstərən 37.500 təcrübəli mütəxəssis bir addım yaxınlığımızdadır.
  • Azərbaycan, Türkiyə və Avropanın yüksək səviyyəli universitetlərindən məzun olmuş və hər biri öz sahəsində təcrübəli olan mütəxəssislərlə əməkdaşlıq edirik.
  • RSM İnternational işbirliyi çərçivəsində fəaliyyət göstəririk:
  • Avropada yerləşən şirkətlərlə daha rahat və yaxından işbirliyi qurmaq.
  • Yüksək tələbli layihələrə tanınmış mütəxəssisləri cəlb etmək.
  • Avropada yerləşən şirkətlərdə səmərəli iş təcrübəsi keçmək.
  • Xaricdən təlimçiləri rahatlıqla Vətənimizə gətirmək.
  • Məqsədimiz ən yüksək səviyyədə sizlərə xidmət təqdim etməkdir.
  • Məramımız beynəlxalq standartlar səviyyəsində vətənimizdə xidmət göstərməkdir.

Müştəri Xidməti Standartlarımız

Bizim müştərilərlə və biznes sahəsində digər insanlarla münasibətlərimiz və əlaqələrimiz həmişə yüksək peşəkarlıq standartlarına uyğun olmalıdır. Bizim yanaşmamız və həmçinin müştərinin imkanlarından istifadəmiz heyətimizin, xidmət və səriştəmizin yüksək keyfiyyətindən xəbər verməlidir.

Xidmətimizin keyfiyyətini yaxşılaşdırmaq və xidmət əlaqələrimizi möhkəmləndirmək məqsədilə, RSM Academy 10 Müştəri Xidməti Standartlarını qəbul etmişdir:

  • Hər iş üzrə kimin bizim müştərimiz olduğunu müəyyənləşdirmək və bilavasitə bizim fəaliyyətimizdən onların gözlədiklərini aşkarlamaq. 
  • Müştərilərimizin ehtiyaclarını və peşəkar xidmət tələblərini təhlil etmək.
  • Müştəri qarşısında peşəkar vəzifə borclarımızı yerinə yetirməyə, onların ehtiyaclarını ödəməyə imkan verən və onların gözlədiklərini artıqlaması ilə təmin etmək niyyətini daşıyan xidmət məqsədlərini inkişaf etdirmək. Bu müştəri xidmətləri məqsədlərinə nail olmaq üçün müvafiq müştəri xidməti planı hazırlamaq. 
  • Müştəri xidmət planını keyfiyyət baxımından adımıza layiq və öhdəliklərin yerinə yetirilmәsinә, potensial problemlərin qabaqcadan müəyyənləşdirilməsinə, gözlənilməz hallardan uzaq olmağa zəmanət verən tərzdə həyata keçirmək. 
  • Həm daxili, həm də xarici sahədə səmərəli əlaqələr qurmaq, müştəri tərəfindən xidmətlərimizin dəyər və keyfiyyətinin tanınmasını artırmaq.
  • Müştərilərimizi onların biznes vəziyyəti üzrə anlayışları ilə və həmin fikirlərin təkmilləşməsi üçün əhəmiyyətli təkliflərlə təmin etmək.
  • Peşəkar obyektivliyin saxlanılması zamanı səmərəli əlaqələr qurmaq və müştəri etibarını artırmaq üçün müştərilərlə əməkdaşlığımızı davamlı şəkildə genişləndirmək və gücləndirmək.
  • Hər hansı peşəkar, texniki və ya müştəri xidməti ilə bağlı problemin qarşılıqlı hörmət və ehtiram şəraitində vaxtaşırı məsləhətləşmələr aparmaqla təcili həll olunmasına əmin olmaq.
  • Bizim fəaliyyətimiz haqqında müştərilərdən rəsmi və ya qeyri-rəsmi qaydada müntəzəm olaraq qiymətləndirmə almaq.
  • Göstәrdiyimiz xidmətlərin və üzərimizə götürdüyümüz məsuliyyətlərin dəyərini əks etdirən ədalətli və düzgün hesab edilən xidmət haqlarını almaq.
  •  

Müştəri Xidməti Komandamız

Göstərilən xidmətlərin keyfiyyəti sizə ayrılan komandanın təcrübəsi və işə bağlılığından asılıdır. Biz sizə xidmət göstərməklə dəyər qatacaq bu sahədə əhəmiyyətli təcrübəyə və qabiliyyətlərə malik olduğuna inandığımız insanları ehtiyatla seçirik.

Bizim müştəri xidmətimiz sizinlə açıq və uzun sürən münasibətləri maksimallaşdırmaq və sizin gözləntilərinizi aşan xidməti göstərmək üzərinə qurulmuşdur.

Biz müştərilərimizə qulaq asırıq, sizin məqsədləriniz üçün fəaliyyət göstəririk. Biz bütün sahələrdə geniş təcrübəsi olan mütəxəssisləri təlim və layihələrə cəlb edirik.